Müharibə Rusiya iqtisadiyyatını 98-ci il böhranına qaytarır

   Müharibə Rusiya iqtisadiyyatını    98-ci il böhranına qaytarır
  22 Mart 2022    Oxunub:1676
Moskvanın Ukrayna ərazisinə genişmiqyaslı hərbi müdaxiləsi ilə əlaqədar Rusiyaya qarşı tətbiq edilən beynəlxalq sanksiyalar bu ölkənin iqtisadiyyatını çökdürəcək. 2022-ci ildə Rusiya iqtisadiyyatının həcmi 8% azala bilər.
AzVision.az xəbər verir ki, bu barədə "Fitch" agentliyinin icmalında deyilir.

"Gözlənilən eniş 1998-ci il böhranı və qlobal maliyyə böhranı dövründəki krizislə müqayisə edilə bilər", - agentlik qeyd edib.

Qeyd edək ki, əksər brendlər, məşhur şirkət və təşkilatlar Rusiyanın Ukraynaya müdaxiləsinə etiraz olaraq bu ölkəni tərk edib. Bəzi şirkətlər isə Rusiya bazarından çıxmağa səbəb kimi logistika və bank sektorunda ciddi problemlərin yaranması ilə əlaqələndirir.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya  



Xəbər lenti