Macarıstan Ukraynaya tibbi avadanlıqlar göndərir

Macarıstan Ukraynaya tibbi avadanlıqlar göndərir
  22 Mart 2022    Oxunub:1169
Macarıstan Ukraynada yaranmış humanitar böhrana görə bu ölkəyə tibbi avadanlıq göndərmək qərarına gəlib.
AzVision.az xəbər verir ki, bu barədə Macarıstan hökuməti məlumat yayıb. Qeyd edilir ki, Kiyevə yardım çərçivəsində cərrahi əməliyyatlar üçün lazım olan hər şey göndəriləcək. Dövlət katibi Çaba Latorkayanın sözlərinə görə, tibbi avadanlıq partiyası "on milyonlarla" forintə başa gələcək.

- Cərrahi əməliyyatlar üçün avadanlıq Zaxon sərhəd-keçid məntəqəsində Ukrayna hakimiyyət orqanlarına təhvil veriləcək və onlar yardımları ölkənin daha dərinliklərinə daşıyacaqlar, - hökumətin bəyanatında deyiir.

Macarıstan hökuməti Ukraynadan döyüşlər səbəbindən qaçqın düşmüş şəxslər üçün də ölkədə tibbi yardım göstərməyi aktivləşdirib. Latorkay deyib ki, onlar Macarıstanın milli səhiyyə sistemi vasitəsilə müalicə oluna və dərmanlar ala biləcəklər.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti