Peskov Ukraynada ölən hərbçilərin sayı barədə danışmaq istəmədi

   Peskov Ukraynada ölən hərbçilərin sayı barədə danışmaq istəmədi
  22 Mart 2022    Oxunub:1065
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukraynada öldürülən hərbçilərin sayı barədə danışmaq istəməyib. AzVision.az xəbər verir ki, o, jurnalistlərin bununla bağlı sualını həlak olan hərbçilərin sayı barədə məlumat vermək səlahiyyətinin müstəsna olaraq Rusiya Federasiyasının Müdafiə Nazirliyinə məxsus olduğunu, bunun onların səlahiyyətinə aidliyini xatırlatmaqla cavab verib.
- Rəqəmlərə gəlincə, biz əvvəldən danışmışdıq ki, bizim (Rusiya Federasiyası Prezidentinin administrasiyası - red.)bu barədə məlumatımız yoxdur, hərbi əməliyyat zamanı bunları səsləndirmək səlahiyyətimiz də yoxdur. Bu, sırf Müdafiə Nazirliyinin səlahiyyətindədir, - Peskov deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti