Xersonda mitinq gözyaşardıcı qazla dağıdılıb - VİDEO

   Xersonda mitinq gözyaşardıcı qazla dağıdılıb -    VİDEO
  22 Mart 2022    Oxunub:1524
Ukraynanın Xerson bölgəsində rus işğalına qarşı çıxan sakinlərin dinc aksiyası dağıdılıb. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bildirilir ki, rus hərbçilər yerli sakinlərini aksiyasını dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə ediblər.

"Xersonda insanlar yenidən dinc mitinqə çıxıblar. Rusiya hərbçiləri onları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə ediblər. Tüstü çəkiləndən sonra Xerson sakinlərinin bir hissəsi meydana qayıdıb", - məlumatda deyilir.



Xatırladaq ki, martın 21-də Xersondakı "Svoboda" meydanında oxşar insident yaranmışdı. Həmin vaxt ruslar etirazçılara səs qumbara ataraq atəş açmışdılar. Bir neçə nəfər yaralanmışdı. Qeyd edək ki, hər gün Xersonda rus hərbçilərə qarşı mitinqlər keçirilir.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna  



Xəbər lenti