"Siemens" Rusiyaya qatar satışı müqaviləsini dayandırdı

      "Siemens"    Rusiyaya qatar satışı müqaviləsini dayandırdı
  22 Mart 2022    Oxunub:2194
Rusiya Dəmir Yolları Almaniyanın "Siemens" konsernindən yeni "Sapsan" elektrik qatarlarının alınması üzrə müqavilənin dayandırılması ilə bağlı bildiriş alıb. AzVision.az xəbər verir ki, bu barədə Rusiya Dəmir Yollarının baş direktoru Oleq Belozerov məlumat verib.
- Biz inanırıq ki, vəziyyətin necə inkişaf etməsindən asılı olmayaraq, yaya, Sankt-Peterburqun forumuna qədər yeni vaqonları işə salmağa çalışacağıq. Amma bizi xəbərdar etdilər ki, hazırda "Sapsanların" alışı ilə bağlı müqavilə dayandırılıb, - Belozerov deyib.

Söhbət ümumi dəyəri 1,1 milyard avro olan 13 yeni "Sapsan" qatarının alınması və onların texniki xidmətləri üçün 2019-cu ildən bağlanmış müqavilədən gedir. 2020-ci ildə isə Rusiya Dəmir Yolları rəhbərinin müavini Dmitri Pegov bildirmişdi ki, holdinq elektrik qatarlarının yeni partiyasının qrafik üzrə - 2022-ci ildən çatdırılmasını gözləyir.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti