Kiyev səmasında vurulan raket Dnepr çayına düşüb

   Kiyev səmasında vurulan raket  Dnepr çayına düşüb
  22 Mart 2022    Oxunub:1933
Ukrayna mediası Rusiya hərbçilərinin atdığı təhlükəli raketlərdən birinin zərərsizləşdirilməsi barədə məlumat yayəb. AzVision.az xəbər verir ki, saytlar hava hücumundan müdafiə qüvvələrinin raketi Kiyev səmasında məhv etdiklərini yazıblar.
"Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenkonun verdiyi məlumata görə, raketin qalıqları Dnepr çayına düşüb. O qeyd edib ki, "Bizim cəsur hava hücumundan müdafiə qüvvələrimiz Obolon üzərində "Raşist" raketini məhv ediblər. Ehtimal olunur ki, "Toçka-U"dur. Ukraynanın hava hücumundan müdafiəsinə eşq olsun!".

Xarkovda tank içində uşaqlar olan maşını vurub
Qeyd edək ki, bir müddət öncə Rusiyanın atdığı raket paytaxtda ticarət mərkəzini və onun yaxınlığında yerləşən binaları yarasız hala salmışdı.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Raket   Kiyev  



Xəbər lenti