"NATO-da tezliklə Minskin döyüşlərə qatılacağını düşünürlər" - CNN

   "NATO-da tezliklə Minskin döyüşlərə qatılacağını düşünürlər" -    CNN
  22 Mart 2022    Oxunub:1202
NATO Belarusun tezliklə Rusiyanın Ukraynada başlatdığı genişmiqyaslı müharibəyə qoşula biləcəyini ehtimal edir.
AzVision.az xəbər verir ki, bu barədə alyansın adı açıqlanmayan nümayəndələri CNN-ə məlumat verib. Mənbələrə görə, Belarus artıq genişmiqyaslı işğalda iştirak etmək üçün addımlar atır.

Belarusda Ukrayna rezidentliyinin ləğv olunduğu elan edildi
Belarusun münaqişəyə qoşulma ehtimalı artır və NATO-nun təmsilçisi əlavə edib ki, Vladimir Putinin “dəstəyə ehtiyacı var”.

Hərbi nümayəndənin sözlərinə görə, Belarusun müharibədə iştirakı ilə bağlı yekun qərar Moskvada verilməlidir.

- Söhbət Lukaşenkonun nə istədiyindən getmir. Söhbət ondan gedir ki, Putin regionda daha bir qeyri-sabit ölkə istəyirmi?", - NATO məmuru qeyd edib.

Alyansın kəşfiyyat rəsmisi ayrıca qeyd edib ki, təşkilata görə, Belarus hökuməti Minskin Ukraynaya hücumuna haqq qazandırmağa hazırlaşır. Kəşfiyyat rəsmisi Belarusun müharibəyə necə müdaxilə edə biləcəyini açıqlamayıb. Ancaq Rusiyanın qərb sərhədindən Ukraynaya gələn NATO hərbi yardımını kəsməyə çalışması zərurətinin yarandığını deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   NATO   Belarus   Ukrayna   Rusiya  



Xəbər lenti