ABŞ-İran qalmaqalının tarixçəsi

ABŞ-İran qalmaqalının tarixçəsi
  13 Aprel 2014    Oxunub:1520
ABŞ İranın BMT-dəki səfirinə viza vermədi, İran qəzəblidir. ABŞ Hamid Aboutalebini 1979-ci ildə Tehrandakı ABŞ səfirliyini zəbt edən dəstəylə əlaqəli olmaqda günahlandırır.

İran israr edib ki, BMT-də yeni səfirini dəyişdirməyəcək və diplomata viza verməkdən imtina edən ABŞ-ı qeyri-leqal addımlar atmaqda ittiham edib. AzVision.az xəbər verir ki, yüksək rütbəli İran rəsmisi deyib ki, məsələni BMT ilə leqal mexanizmlər vasitəsilə qaldıracaq.

ABŞ Hamid Aboutalebini 1979-ci ildə Tehrandakı ABŞ səfirliyini zəbt edən dəstəylə əlaqəli olmaqda günahlandırır. Cənab Aboutalebi deyir ki, onun girovdakı fəaliyyəti səfirlik tutulandan sonra başlayıb və o, əsasən tərcümə ilə məşğul olub. Ötən həftə ABŞ Konqresinin təsdiqlədiyi qanun layihəsinə görə ABŞ təhlükəsizliyi risk altına qoyan səfir təyinatını rədd edə bilər. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Konqresin addımını tənqid edərək deyib ki, qanun layihəsini dəstəkləyənlər radikallardır və bu, İranın siyasətinə təsir etməyəcək. Qanun layihəsi qanun olmazdan əvvəl prezident tərəfindən imzalanmalıdır amma görünür ki, Konqres cənab Aboutalebini qadağan etmək məqsədinə nail olub.

Ağ Evin sözçüsü Jay Carney deyib ki, prezident qanun layihəsinin məqsədilə razıdır və viza verməyəcək.

İran İslam İnqilabı zamanı 52 amerikalı 444 gün girov saxlanılıb
Cümə günü ABŞ Konqresi prezidentə İranın BMT-ə təyin etdiyi səfirin ölkəyə daxil olmasını qadağan edən qanun layihəsi ünvanlayıb. Nümayəndələr Palatası sənədi Senatın onu təsdiqləməsindən iki gün öncə göndərib. Hamid Aboutalebi 1979-cu ildə Tehrandakı ABŞ səfirliyini zəbt edən tələbələrdən biri olub. Ağ Ev İrana bildirib ki, cənab Aboutalebi münasib deyil, hərçənd ki, qanun layihəsi ilə bağlı hər hansı mövqe bildirilməyib. İran İslam İnqilabı zamanı 52 amerikalı 444 gün girov saxlanılıb, həmin vaxt amerikameylli şah Məhəmməd Rza Pəhləvi mühacirətə göndərilib və hakimiyyətə Ayətullah Ruhullah Xomeyni gəlib. İranın Belçikada, Avropa İttifaqı, İtaliya və Avstraliyada səfiri olan cənab Aboutalebi İran mediasına bildirib ki, onun girovdakı fəaliyyəti səfirlik tutulandan sonra başlayıb və o, əsasən tərcümə ilə məşğul olub. Cümə axşamı Ağ Evin sözçüsü Jay Carney deyib ki, "biz iranlılarla əlaqə saxlayaraq təyinatdan narahatlığımızı bildirmişik". Lakin o, Barack Obamanın qadağa sənədini imzalayıb-imzalamayacağı barədə fikir bildirməyib. İran höküməti ABŞ-ın cənab Aboutalebidən imtinasını "qəbuledilməz" adlandırıb. Cümə axşamı Nümayəndələr Palatası milli təhlükəsizliyə təhdid, terrorçuluq və ya casusluqda şübhəli bilinən şəxslərin ABŞ ərazisinə daxil olmasını qadağan edən Klikləyin qanun layihəsi hazırlayıb.

Ans Press


Teqlər:  





Xəbər lenti