Danimarkanın baş naziri: "Ukraynalı qaçqınlar vətənlərinə qayıtmalıdırlar"

      Danimarkanın baş naziri:    "Ukraynalı qaçqınlar vətənlərinə qayıtmalıdırlar"
  22 Mart 2022    Oxunub:1138
Danimarkanın baş naziri Mette Frederiksen qalmaqallı açıqlama verib. AzVision.az xəbər verir ki, o ukraynalı qaçqınların Danimarka cəmiyyətinə inteqrasiya etməməyə çağıraraq gəlmələrin fürsət düşən kimi vətənlərinə qayıtmalarını vacib sayıb.
Danimarka radiosu baş nazirin sözlərindən sitat gətirib:

"3,5 milyondan çox qaçqın Ukraynanı tərk edib" - ÜST
"Qaçqın olmaq müvəqqətidir, ona görə də fürsət düşən kimi geri qayıtmalı və vətənini qurmağa kömək etməlisən. Bu, bizə digər qaçqınlara kömək etməyə imkan verir".

Qeyd edək ki, çərşənbə günü Danimarka parlamenti ukraynalı qaçqınların hüquqlarını Avropa İttifaqı vətəndaşları ilə bərabərləşdirən qanun, habelə Ukraynadan olan qaçqınlara yaşayış icazəsinin verilməsinin xüsusi proseduru haqqında qanun qəbul edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Qaçqın   Danimarka  



Xəbər lenti