Moskvadan xəbərdarlıq: "Ukraynada kimyəvi hücumlar hazırlanır"

     Moskvadan xəbərdarlıq:    "Ukraynada kimyəvi hücumlar hazırlanır"
  22 Mart 2022    Oxunub:1238
Rusiya Federasiyasının BMT-dəki nümayəndəsinin birinci müavini Dmitri Polyanski Ukraynada kimyəvi hücumun olacağı barədə məlumat verib. AzVision.azxəbər verir ki, Polyanski jurnalistlərə Ukraynada radikalların təhlükəli kimyəvi maddələrdən istifadə etməklə ölkədə təxribatlar hazırlamasına dair sübutların olduğunu deyib.
Ukraynaya qadağan olunmuş fosfor mərmisi atılıb - VİDEO
- Dərin təəssüf hissi ilə bildiririk ki, Ukrayna millətçi qruplarının nəzarəti altında olan ərazilərdə mərhələli kimyəvi təxribatlar təşkil etməyə hazırlaşması ilə bağlı proqnozlarımız özünü doğrultmağa başlayır, - Polyanski deyib.

O qeyd edib ki, Rusiya Federasiyası Qərb tərəfdaşlarına Ukrayna yaraqlılarının Nikolayev rayonunun Kotlyarovo kəndindəki məktəb binasına zəhərli kimyəvi maddələrin qablarını çatdırması barədə xəbərdarlıq edib.



- Rusiya silahlı qüvvələri yaxınlaşdıqda onların partladılması planlaşdırılır, - Rusiya rəsmisi qeyd edib.

Qeyd edək ki, çərşənbə axşamı BMT Təhlükəsizlik Şurası Ukraynadakı kimyəvi insidentlərlə bağlı vəziyyəti müzakirə edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya  



Xəbər lenti