"Kiyevin iştirakı olmadan 19 442 nəfəri təxliyə etdik" - Rusiyalı general

   "Kiyevin iştirakı olmadan 19 442 nəfəri təxliyə etdik" -    Rusiyalı general
  22 Mart 2022    Oxunub:1043
Rusiya Kiyev hakimiyyətinin iştirakı olmadan Ukraynanın təhlükəli bölgələrindən, "LXR" və "DXR"dən 19 mindən çox insanı təxliyə edib. AzVision.az xəbər verir ki, bunu Rusiya Federasiyasının Milli Müdafiə Nəzarəti Mərkəzinin rəhbəri, general-polkovnik Mixail Mizintsev brifinq zamanı deyib.
- 2022-ci il martın 21-də Kiyev hakimiyyətinin iştirakı olmadan Ukraynanın təhlükəli bölgələrindən, "Luqansk və Donetsk Xalq Respublikaları"ndan 19 442 nəfər təxliyə edib ki, onların da 3448-i uşaqdır. O cümlədən xüsusi hərbi əməliyyat başlayandan 366 182 nəfər təxliyə edilib və onlardan 77 062-i uşaqdır, - Mizintsev deyib.
"3,5 milyondan çox qaçqın Ukraynanı tərk edib" - ÜST

O, həmçinin qeyd edib ki, 2895 şəxsi avtomobil Rusiya Federasiyasının sərhədini keçib. Müharibə ərzində isə bu rəqəm 43287 olub.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Ukrayna  



Xəbər lenti