"Ölkə üçün real təhlükə yaransa, nüvədən istifadə ediləcək"

 "Ölkə üçün real təhlükə yaransa, nüvədən istifadə ediləcək"
  22 Mart 2022    Oxunub:1301
Rusiya Ukraynada müharibəyə başlayandan bəri Moskvanın nüvə silahından istifadə edə biləcəyinə dair məlumatlar dolaşır.
AzVision.az xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bu gün ölkəsinin belə bir addım atıb-atmayacağı barədə danışıb.

Peskov Ukraynada ölən hərbçilərin sayı barədə danışmaq istəmədi
O CNN-ə müsahibəsində qeyd edib ki, "Rusiya nüvədən yalnız ölkə üçün real təhlükə olduğunda istifadə edə bilər".

- Bizim milli təhlükəsizlik konsepsiyamız var, o, ictimaiyyət üçün açıqdır. Siz nüvə silahının istifadə oluna biləcəyinin bütün səbəblərini oradan oxuya bilərsiniz. Yəni, ölkənin mövcudluğuna təhlükə varsa, o zaman bizim konsepsiyaya uyğun istifadə oluna bilər. Bu mətndə qeyd olunan başqa səbəblər yoxdur, - Rusiya Prezidentinin mətbuat katibi deyib.

Peskov Moskvanın işğal üçün müharibə aparmadığını da söyləyib. Rusiya hərbçilərinin mülki hədəflərə zərbə endirmədiyini deyən Kreml rəsmisi xüsusi əməliyyatların məqsədinin “Ukraynanın işğalı” olmadığını bəyan edib.

- Rusiya hərbçiləri mülki hədəfləri vurmur... Əməliyyatların məqsədi Ukraynanın işğalı deyil.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya   Nüvə  



Xəbər lenti