Putin Makronla Ukraynanı müzakirə edib

   Putin Makronla Ukraynanı müzakirə edib
  22 Mart 2022    Oxunub:1106
Rusiya Prezidenti Vladimir Putinlə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub. AzVision.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, onlar Ukraynadakı vəziyyəti və Rusiyanın bu ölkədəki xüsusi əməliyyatını müzakirə ediblər.

Söhbət Fransa tərəfinin təşəbbüsü ilə baş tutub.

“Ukrayna ətrafındakı vəziyyət, o cümlədən Rusiya və Ukrayna nümayəndələri arasında davam edən danışıqlarla bağlı hərtərəfli fikir mübadiləsi davam etdirilib”, - məlumatda deyilir.

Tural Tağıyev
AzVision.az




Teqlər:



Xəbər lenti