ABŞ rusiyalı deputatlara qarşı sanksiyalar hazırlayıb

ABŞ rusiyalı deputatlara qarşı sanksiyalar hazırlayıb
  23 Mart 2022    Oxunub:945
ABŞ Rusiya Dövlət Dumasının 300-dən çox deputatına qarşı sanksiyalar hazırlayıb.
AzVision.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrə və müvafiq sənədlərə istinadən yazıb.

Rəsmilər bildiriblər ki, sanksiyalar Avropa İttifaqı və “G7” üzvləri ilə koordinasiya əsasında elan ediləcək. Onlar Rusiyanın Ukraynaya hücumu ilə bağlıdır.

ABŞ lideri Co Bayden 300-dən çox rusiyalı deputata qarşı sanksiyaları martın 24-də elan edəcək.

Məlum olduğu kimi, bu gün Bayden Avropa turnesinə çıxır. Belçikada o, NATO müttəfiqləri, “G7” və Aİ liderləri ilə görüşərək Ukraynaya dəstək səylərini müzakirə edəcək. Ertəsi gün Bayden Polşa prezidenti Anjey Duda ilə ikitərəfli görüş keçirəcək.

AzVision.az



Teqlər: ABŞ   Rusiya   Sanksiya  



Xəbər lenti