Ukrayna hərbçiləri rusiyalı briqada komandirini məhv edib

Ukrayna hərbçiləri rusiyalı briqada komandirini məhv edib
  23 Mart 2022    Oxunub:884
Ukrayna hərbçiləri Rusiya dəniz piyada briqadasının komandirini məhv edib.
AzVision.az xəbər verir ki, bu barədə Odessa Regional Hərbi Administrasiyasının operativ qərargahının spikeri Sergey Bratçuk deyib.

O qeyd edib ki, düşmənlər, o cümlədən Odessaya basqın etməyi planlaşdıran rus dəniz piyadaları indi Nikolayevlə Mariupol arasında “çürüyürlər”.

"Yaxşı xəbər var - Rusiya dəniz piyadalarının briqadasının komandiri məhv edilib", - Bratçuk bildirib.

O, Ukrayna Silahlı Qüvvələrinə və doğma torpaqlarını işğalçılardan qoruyan hər kəsə təşəkkür edib, qələbəyə inandığını söyləyib.

AzVision.az




Teqlər:



Xəbər lenti