Türkiyənin Təhlükəsizlik Şurası Cənubi Qafqazı müzakirə edəcək

   Türkiyənin Təhlükəsizlik Şurası Cənubi Qafqazı müzakirə edəcək
  23 Mart 2022    Oxunub:1602
Bu gün Türkiyə Milli Təhlükəsizlik Şurasının iclasında Cənubi Qafqazdakı vəziyyət müzakirə olunacaq.
AzVision.az "TRT Haber"ə istinadən xəbər verir ki, iclas Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçiriləcək.

Təhlükəsizlik Şurasında Türkiyə-Ermənistan münasibətlərinin normallaşması üçün atılan addımlar və danışıqlarda yaranmış hazırkı durum nəzərdən keçiriləcək.

Həmçinin, Rusiya ilə Ukrayna arasnda davam edən müharibə, Türkiyənin Moskva və Kiyev arasında vasitəçiliyi və regionla bağlı humanitar dəstəyi barədə də fikir mübadiləsi aparılacaq.

FETO, PKK, "İŞİD" və digər terror qruplaşmalarına qarşı mübarizə də müzakirə ediləcək.

AzVision.az



Teqlər: Türkiyə   Qafqaz  



Xəbər lenti