Ukraynada 121 uşaq həlak olub
Kiyev vilayətində 61, Xarkovda 41, Donetskdə 40, Çerniqovda 32, Nikolayevdə 24, Kiyev şəhərində 16, Jitomir və və Xersonda 15, Sumıda 14 uşaq müharibədən zərər çəkib.
Gündəlik bombardmanlar və atəşlər nəticəsində 548 təhsil müəssisəsi zədələnib, onlardan 72-si tamamilə dağıdılıb. Ən pis vəziyyət Donetsk, Xarkov, Nikolayev, Sumı, Kiyev, Xerson, Çerniqov vilayətlərində və Kiyev şəhərindədir.
Bundan başqa, 40-dan çox uşaq müəssisəsi, o cümlədən tibb müəssisələri, incəsənət məktəbləri, idman obyektləri, kitabxanalar yararsız vəziyyətə düşüb.
Xatırladaq ki, bu gün müharibənin 28-ci günnüdür.
AzVision.az
Teqlər: Ukrayna







Vaxtında, Aydın, Lazımlı!


