Ukraynanın 97 hərbi obyekti məhv edilib - Rusiya MN
Onun sözlərinə görə, ötən gecə Rusiya aviasiyası tərəfindən Kiyev yaxınlığında Ukraynanın iki ədəd “Toçka-U” taktiki raket kompleksi də məhv edilib.
“Rusiyanın Ka-52 və Mi-28N helikopterləri gecə hücumları zamanı Ukrayna silahlı qüvvələrinin səkkiz tankını, beş piyada döyüş maşını və zirehli transportyorunu məhv edib. Ukraynada xüsusi əməliyyat başlayandan bu günə kimi 184 təyyarə və helikopter, 246 PUA və 189 hava hücumundan müdafiə sistemi məhv edilib.
Rusiya hava hücumundan müdafiə sistemləri son sutka ərzində Ukraynaya məxsus Su-24 və 16 pilotsuz uçuş aparatını, o cümlədən Rojin, Kapraşov və Maksim Qorki yaşayış məntəqələrində üç “Bayraktar TB-2”-ni vurub”, - məlumatda vurğulanıb.
O bildirib ki, Rusiya hərbçiləri martın 22-də Rovne şəhərindən 14 kilometr şimal-qərbdə yerləşən Orjev yaşayış məntəqəsindəki arsenala zərbə endirib. Zərbə nəticəsində Ukrayna qoşunlarının silah və hərbi texnika arsenalı, o cümlədən Qərb ölkələrindən alınan silah və texnikası sıradan çıxarılıb.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


