"Ukrayna ilə danışıqlar ağır gedir" - Lavrov

 "Ukrayna ilə danışıqlar ağır gedir" -  Lavrov
  23 Mart 2022    Oxunub:1588
"Ukrayna ilə danışıqlar ağır gedir. Kiyev tərəfi mütəmadi olaraq mövqeyini dəyişir".
AzVision.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetində tələbələr qarşısında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Rusiya Ukrayna ilə danışıqlarda Qərb ölkələrinin vasitəçiliyinə qarşı deyil, lakin Moskvanın aydın qırmızı xətləri var. Qərb Ukraynaya silah göndərməyə davam edərək, Rusiyanı mümkün qədər uzun müddət döyüş vəziyyətində saxlamağı nəzərdə tutur.

“Həmçinin unudulur ki, Ukrayna hakimiyyəti təmas xəttində 100 020 hərbçi cəmləşdirib, atışma kəskin şəkildə intensivləşib, onlar B planı haqqında ucadan danışmağa başlayıblar və indi göründüyü kimi, belə bir plan olub”, - nazir vurğulayıb.

AzVision.az



Teqlər: Lavrov   Ukrayna  



Xəbər lenti