Portuqaliya Ukraynadan 17 mindən çox qaçqın qəbul edib

Portuqaliya Ukraynadan 17 mindən çox qaçqın qəbul edib
  23 Mart 2022    Oxunub:957
Portuqaliya indiyədək Ukraynadan 17 min 504 qaçqın qəbul edib, onlardan 6200-ü azyaşlılardır.
AzVision.az xəbər verir ki, bu barədə Portuqaliyanın Baş naziri Antoniu Koşta deyib.

O bildirib ki, Portuqaliya qaçqın statusunun tanınması ilə bağlı prosedurlar toplusunu sadələşdirib.

Antoniu Koşta, həmçinin qeyd edib ki, Ukraynadan olan 600-dən çox uşaq artıq dövlət məktəblərində təhsil alır.

AzVision.az



Teqlər: Ukrayna   Qaçqın  



Xəbər lenti