"Rusiya diplomatlarının Polşadan çıxarılmasını cavabsız qoymayacaq" - Peskov

 "Rusiya diplomatlarının Polşadan çıxarılmasını cavabsız qoymayacaq"  - Peskov
  23 Mart 2022    Oxunub:1222
“Kreml Rusiya diplomatlarının Polşadan mümkün çıxarılması xəbərlərini görüb və eşidib, əgər onlar doğrudursa, bu, cavabsız qalmayacaq".
AzVision.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Biz KİV-də belə xəbərləri görmüşük və eşitmişik. Əgər bu xəbərlər doğrudursa, bu, necə deyərlər, münasibətlərimizin bütün sahələrində sərbəst enişin davamıdır. Təbii ki, bu cür hərəkətlər cavabsız qalmayacaq", - Kremlin sözçüsü vurğulayıb.

Qeyd edək ki, Polşa Daxili Təhlükəsizlik Agentliyi (ABW) casusluqda şübhəli bilinən 45 rusiyalı diplomatın siyahısını hazırlayıb və onların ölkədən çıxarılmasını tələb edib. Siyahıda Rusiyanın Varşavadakı səfirliyinin dipomatlarının, eləcə də onların həyat yoldaşlarının adlarının olduğu bildirilib.

Bildirilib ki, həmin şəxslər Vyana Konvensiyasına zidd olaraq həssas məlumatlar toplamaqla, eləcə də Polşa vətəndaşlarını Rusiya Federasiyasının xeyrinə əməkdaşlığa cəlb etməklə casusluq fəaliyyəti ilə məşğul olublar. Rusiyalı diplomatların fəaliyyətinin Polşanın təhlükəsizliyinə təhdid törətdiyi və onların əməllərinin xarici ölkəyə qarşı casusluq fəaliyyəti kimi qiymətləndirilə biləcəyi qeyd olunub.

Qeyd edək ki, bundan əvvəl Bolqarıstan, Latviya, Litva və Estoniya da rus diplomatlarını “arzuolunmaz şəxs” elan edib və ölkədən çıxarıblar.

AzVision.az



Teqlər: Dmitri-Peskov  



Xəbər lenti