"Ukraynanın nüvə obyektləri təhlükə altındadır" - Zelenski

   "Ukraynanın nüvə obyektləri təhlükə altındadır"    - Zelenski
  23 Mart 2022    Oxunub:827
“Bu gün Ukraynada 15 nüvə bloku var. Onların hər biri Rusiyanın hərbi təcavüzü səbəbindən təhlükə altındadır”.
AzVision.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Yaponiya parlamentində çıxışı zamanı deyib.

“Çernobılda baş verənləri hər kəs xatırlayır. Rus terrorçuları silah gücünə oranı ələ keçiriblər. Rusiya Çernobıl AES-i müharibə obyektinə çevirib. Qarşı tərəf müdafiə qüvvələrimizə qarşı yeni hücumlar hazırlamaq məqsədilə Çernobıl AES-dən istifadə edir”, - o vurğulayıb.

Zelenski bildirib ki, dünya ölkələri Rusiyanın nüvə silahından istifadə edəcəyi halda, hansı addımlar atacaqları barədə indidən düşünməlidirlər.

O, həmçinin göstərilən dəstəyə görə Yaponiya hökumətinə təşəkkür edib.

AzVision.az



Teqlər: Zelenski  



Xəbər lenti