Kərkükdə terror aktı törədildi: 7 ölü, 11 yaralı

Kərkükdə terror aktı törədildi: 7 ölü, 11 yaralı
  14 Aprel 2014    Oxunub:1117
Terror aktı kamikadze tərəfindən törədilib.
İraqda baş vermiş terror aktında 7 nəfər ölüb. AzVision.az xəbər verir ki, Kərkük şəhərində baş vermiş partlayışda 11 nəfər də yaralanıb.

Məlumata görə, terror aktı kamikadze tərəfindən törədilib. Belə ki, intiharçı partlayıcılarla dolu avtomobili nəzarət buraxılış məntəqəsinə sürüb.

Hələ ki, məsuliyyəti öz üzərinə götürən olmayıb. Terror aktının dini zəmində baş verdiyi istisna olunmur.

Qeyd edək ki, son illər İraqda dini zəmində baş verən münaqişələrdə yüz minlərlə insan həyatını itirib.

ANS PRESS


Teqlər:





Xəbər lenti