Misir, İsrail və BƏƏ liderlərinin sammiti keçirilib

Misir, İsrail və BƏƏ liderlərinin sammiti keçirilib
  23 Mart 2022    Oxunub:869
Şarm Əl-Şeyx kurort şəhərində Misir Prezidenti Əbdülfəttah əl-Sisi, İsrailin Baş naziri Naftali Bennett və Əbu-Dabi vəliəhd şahzadəsi Şeyx Məhəmməd bin Zayidin iştirakı ilə üçlü sammit keçirilib.
AzVision.az Misir Prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, ərəb ölkələrinin İsraillə münasibətlərinin normallaşmasından sonra ilk dəfə təşkil olunan üçlü sammitdə beynəlxalq və regional vəziyyət, qlobal enerji bazarlarında sabitlik və ərzaq təhlükəsizliyi məsələləri müzakirə olunub.

İsrail Baş nazirinin ofisinin yaydığı məlumatda qeyd olunub ki, tərəflər hazırkı mürəkkəb qlobal vəziyyətdə əlaqələrin bütün səviyyələrdə inkişafına dair razılıq əldə ediblər.

AzVision.az



Teqlər: Sammit  



Xəbər lenti