Türkiyə "S-400"dən imtina etməyəcək

   Türkiyə    "S-400"dən    imtina etməyəcək
  23 Mart 2022    Oxunub:1256
"Türkiyə ABŞ-ın təzyiqi altında Rusiyanın "S-400" zenit-raket komplekslərindən imtina etmək fikrində deyil".
AzVision.az xəbər verir ki, bunu Türkiyənin Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir “İzvestiya”ya açıqlamasında deyib.

Onun sözlərinə görə, “S-400" dən imtina Türkiyə üçün müzakirə mövzusu deyil: "Biz bu məsələni keçmişdə müzakirə etmişik. Bundan imtina da müzakirə olunmur. Türkiyə öz siyasətini müəyyən etmək iqtidarındadır.”.

Xatırladaq ki, bir müddət əvvəl "Reuters" xəbər vermişdi ki, ABŞ Türkiyə ilə Rusiyadan aldığı "S-400" hava hücumundan müdafiə sistemlərinin Ukraynaya göndərilməsi imkanını müzakirə edir. Bu mövzu ABŞ dövlət katibinin müavini Vendi Şermanın martın əvvəlində Ankaraya səfəri zamanı müzakirə olunub.

AzVision.az



Teqlər: Türkiyə   S-400  



Xəbər lenti