Kişinyovun keçmiş meri Ukrayna ordusuna yazılıb
Onun sözlərinə görə, hərbi təcrübəsi olmadığı üçün gözləyənlər siyahısına salınıb.
"Fevralın 27-də könüllü kimi qeydiyyatdan keçmişəm, lakin kifayət qədər hərbi təcrübəm yoxdur, məni gözləyənlər siyahısına daxil ediblər. İlk günlərdən qaçqınların qəbulu, onların daşınmasında iştirak etmişəm", - o deyib.
Əlavə edib ki, indi Ukrayna ordusuna əvvəllər döyüşmüş və ya kifayət qədər hərbi təcrübəyə malik olan könüllülər qəbul edilir.
Kirtoake 2007-2018-ci illərdə Kişinyovun meri olub və anti-Rusiya fikirləri ilə tanınır. 2018-ci ildən o, Liberal Partiyasına rəhbərlik edir, Moldova və Rumıniyanın birləşməsini özünün məqsədi elan edib.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


