"Azərbaycan təyyarələrimizi həbs etməyib" - Rəsmi

   "Azərbaycan təyyarələrimizi həbs etməyib" -    Rəsmi
  23 Mart 2022    Oxunub:1123
"Azərbaycan Rusiya aviakompaniyalarına məxsus təyyarələri həbs etməyib".
AzVision.az xəbər verir ki, bu barədə Rusiyanın Nəqliyyat Nazirliyindən bildirilib.

Qeyd olunub ki, martın 22-də Rusiya Federasiyasının nəqliyyat naziri Vitali Savelyevin Federasiya Şurasının iqtisadi siyasət komitəsində çıxışı zamanı səsləndirdiyi məlumat təsadüfən səslənən səhv olub:

“Azərbaycanda Rusiya aviaşirkətlərinin təyyarələri həbs edilməyib. Bu məlumat təsadüfi səhv olub. Azərbaycan Respublikasından olan həmkarlarımızdan üzr istəyirik”, - Nəqliyyat Nazirliyinin açıqlamasında vurğulanıb.

APA

AzVision.az




Teqlər: Rusiya   Uçuş  



Xəbər lenti