İslam Təşkilatının baş direktoru Azərbaycana təşəkkür edib
Nazir müavini Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatına daima xüsusi önəm verdiyini, ölkəmizin bu qurumda fəal rol oynadığını həmsöhbətinin diqqətinə çatdıraraq Qida Təhlükəsizliyi üzrə İslam Təşkilatının fəaliyyətinə dair ətraflı məlumatın verildiyinə görə təşəkkürünü bildirib.
Qida təhlükəsizliyinin təmin olunmasının önəmindən söz açan E.Məmmədov Azərbaycan Respublikasında bu istiqamətdəki fəaliyyətin ölkə rəhbərliyi tərəfindən daim diqqətdə saxlanıldığını xüsusi vurğulayıb. Nazir müavini qida təhlükəsizliyi ilə bağlı İƏT üzv ölkələri arasında qarşılıqlı dialoqun aparılmasının böyük əhəmiyyət kəsb etdiyini də diqqətə çatdırıb.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


