Ruslar 58 təcili yardım maşınına atəş açıb, 6 həkimi öldürüb
"Müharibə hər şeyi dəyişdi: planları, prioritetləri, rəyləri. Mən heç vaxt düşünməmişdim ki, tibb işçiləri üçün gülləkeçirməz jiletlər alacağıq. Amma Rusiyadan olan və artıq 58 təcili tibbi yardım maşınına atəş açan və 6 həmkarımızı öldürən terrorçuların əməlləri ucbatından biz bunu da etmək məcburiyyətində qaldıq", - nazir bildrib.
Əlavə edib ki, bu gün gülləkeçirməz jiletlərin ilk partiyası hər şeyə güllələr altında aktiv döyüş zonasınıda ukraynalıları xilas edən təcili tibbi yardım işçilərinə təhvil verilib.
Martın 21-nə olan məlumata görə, Ukraynada müharibə başlayandan bəri xəstəxanalara və həkimlərə 52 hücum qeydə alınıb.
AzVision.az
Teqlər: Ukrayna







Vaxtında, Aydın, Lazımlı!


