Türkiyənin Milli Təhlükəsizlik Şurasında Ukrayna müzakirə olunub
Bundan əlavə, Türkiyənin Qara dənizdə sülh və sabitliyin qorunması üçün Montrö boğazlar konvensiyasının həyata keçirilməsi ilə yanaşı vasitəçilik səylərini davam etdirəcəyi bildirilib.
Montrö Konvensiyası 1936-cı il iyulun 20-də imzalanıb və həmin il noyabrın 9-da qüvvəyə minib. Konvensiya Türkiyənin Bosfor və Dardanel boğazları üzərində suverenliyini möhkəmləndirib. Qara dəniz dövlətlərinin Türkiyə hakimiyyət orqanlarını əvvəlcədən xəbərdar etmək şərti ilə sülh dövründə istənilən sinifdən olan hərbi gəmiləri boğazlardan keçə bilər. Bu regiondan olmayan dövlətlərin dəniz güclərinin döyüş gəmiləri üçün sinif və tonaj üzrə əhəmiyyətli məhdudiyyətlər tətbiq edilib.
Bununla belə, konvensiyanın mətnində müharibə vaxtı ilə bağlı bəndlər var. Türkiyə münaqişə tərəfi olub-olmamasından asılı olaraq, boğazlardan keçidi tənzimləmək üçün əlavə səlahiyyətlərə malikdir. Bəzi hallarda Ankara bunun regionda təhlükəsizliyi pozacağını və ya özünə təhlükə yaradacağını hesab edərsə, hər hansı ölkəyə boğazlardan istifadəni qadağan edə bilər.
AzVision.az
Teqlər: Ərdoğan







Vaxtında, Aydın, Lazımlı!


