Ukraynada 86 hərbi obyekt məhv edilib - Rusiya MN

Ukraynada 86 hərbi obyekt məhv edilib -    Rusiya MN
  23 Mart 2022    Oxunub:1241
Rusiyanın operativ-taktiki aviasiyası Ukraynada 86 obyekti məhv edib.
AzVision.az "TASS"a istinadən xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov deyib.

O bildirib ki, sıradan çıxarılan obyektlər arasında 6 komanda məntəqəsi, 2 YARS, 8 səhra topu, 3 silah anbarı və 49 toplanma məntəqəsi yer alır.

“Əməliyyat başlayandan 255 PUA, 1564 tank və digər zirehli maşınlar, 158 YARS, 627 top və 1367 hərbi avtomobil məhv edilib”, - Konaşenkov qeyd edib.

AzVision.az



Teqlər: Rusiya   Ukrayna  



Xəbər lenti