Rusiya ABŞ-a qovulmuş diplomatların siyahısını təqdim edib

Rusiya ABŞ-a qovulmuş diplomatların siyahısını təqdim edib
  23 Mart 2022    Oxunub:1254
Rusiya Xarici İşlər Nazirliyi persona non-qrata elan edilmiş amerikalı diplomatların siyahısını ABŞ səfirliyinə təqdim edib.
AzVision.az xəbər verir ki, bu barədə XİN-in saytında yerləşdirilən məlumatda deyilir.

Nota BMT missiyasının rusiyalı əməkdaşlarının ölkədən çıxarılmasına cavab olaraq ABŞ-ın Moskvadakı diplomatik missiyasının yüksək vəzifəli diplomatına təqdim olunub.

Fevralın 28-də Ağ Evin mətbuat katibi Cen Psaki BMT-dəki rusiyalı diplomatları casusluqda ittiham edib və onların ABŞ-dan qovulacağını bildirib. Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenza deyib ki, ABŞ diplomatları ölkədən çıxarmaq üçün daim kəşfiyyat fəaliyyəti ilə bağlı ittihamlardan istifadə edir.

AzVision.az



Teqlər: ABŞ   Rusiya  



Xəbər lenti