Ərdoğan Belçikaya gedib

   Ərdoğan Belçikaya gedib
  23 Mart 2022    Oxunub:1432
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Belçikaya gedib.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Adminstrasiyası məlumat yayıb.

Ərdoğan NATO-nun dövlət və hökumət başçılarının Brüsseldə keçiriləcək növbədənkənar Zirvə toplantısında iştirak edəcək.

Prezidenti səfərdə xanımı Əminə Ərdoğan, xarici işlər naziri Mövlud Çavuşoğlu, milli müdafiə naziri Hulusi Akar, AK Partiya sədr müavini və partiya sözçüsü Ömər Çelik, NATO Parlament Assambleyasında Türkiyə nümayəndə heyətinin rəhbəri, AK Partiya millət vəkili Osman Aşkın Bak, Prezident Administrasiyasının Kommunikasiya idarəsinin rəhbəri Fəxrəddin Altun və Prezidentin sözçüsü İbrahim Kalın müşayiət edir.

Ərdoğanın sammit çərçivəsində bir sıra görüşlər keçirməsi planlaşdırılır.

Rusiya-Ukrayna müharibəsinin müzakirə ediləcəyi sammitdə NATO-nun müdafiə strukturunun gücləndirilməsi tədbirləri də nəzərdən keçiriləcək.

AzVision.az




Teqlər:



Xəbər lenti