NATO Ukraynaya silah verilməsini müzakirə edəcək

NATO Ukraynaya silah verilməsini müzakirə edəcək
  23 Mart 2022    Oxunub:1197
"NATO-nun zirvə görüşünün iştirakçıları Ukraynaya silah verilməsini müzakirə edəcəklər. Lakin Alyans özü bu təchizatda tərəf kimi iştirak edməyəcək".
AzVision.az xəbər verir ki, bu barədə ABŞ prezidentinin təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyk Sallivan deyib.

O əlavə edib ki, ABŞ prezidenti Co Bayden səfər zamanı NATO-nun Baş katibi ilə görüşərək gündəliyi razılaşdıracaq.

“NATO təşkilat olaraq Ukraynaya hərbi yardımı koordinasiya etməyib. Bu işi ayrı-ayrı müttəfiqlər həyata keçirib”, - Sallivan söyləyib.

Tərəflər, həmçinin Alyansın Şərq qanadında güclərin uzunmüddətli yerləşdirilməsi məsələsini müzakirə edəcəklər. Son qərar isə yayda veriləcək. Sallivan bu məsələnin təfərrüatlarını açıqlamayıb.

Qeyd edək ki, NATO-nun zirvə görüşü sabah Brüsseldə baş tutacaq.

AzVision.az



Teqlər: NATO   Ukrayna  



Xəbər lenti