Ukraynada 977 mülki şəxs həlak olub - BMT

   Ukraynada 977 mülki şəxs həlak olub -    BMT
  24 Mart 2022    Oxunub:750
Rusiya-Ukrayna münaqişəsi nəticəsində indiyədək bu ölkədə 977 dinc sakin həlak olub, 1 594 nəfərdən çox dinc sakin yaralanıb.

AzVision.az xəbər verir ki, bu barədə BMT məlumat yayıb. Müharibə zamanı 3 milyondan çox insan Ukraynanı tərk edərək qonşu ölkələrə sığınıb.
Qeyd edilir ki, fevralın 24-dən 3 milyon 626 mindən çox insan Ukraynanı tərk edib ki, onların əksəriyyəti Polşaya gedib.

Polşa 2 milyon 144 min 244, Rumıniya 555 min 21 və Moldova 371 min 104 qaçqına sığınacaq verib.

Yüz minlərlə qaçqın Avropanın digər ölkələrinə gedib.

AzVision.az


Teqlər: Rusiya   Ukrayna  



Xəbər lenti