Çernobıl AES-in zonasında yanğınlar lokallaşdırılıb

   Çernobıl AES-in zonasında yanğınlar lokallaşdırılıb
  24 Mart 2022    Oxunub:919
Hazırda Çernobıl AES-in təcrid zonasındakı yanğınların əksəriyyəti lokallaşdırılıb.
AzVision.az UNİAN-a istinadən xəbər verir ki, bunu Ukraynanın ətraf mühit naziri Ruslan Streles canlı efirdə bildirib.

“Son 2 həftədə 30 yanğın, son bir həftədə isə 5 qeydə alınıb. Bu günədək yanğınların əksəriyyəti lokallaşdırılıb. Kiçik ərazilərdə yanğın davam edir” – deyə nazir bildirib.

Nazir əlavə edib ki, son günlərdə hava şəraiti yanğının miqyasının böyüməsinə imkan vermir.

AzVision.az


Teqlər:



Xəbər lenti