BMT Baş katibi “Taliban”a müraciət etdi
“Yeni dərs ilinin başlanmasını bütün tələbələr, qızlar və oğlanlar, valideynlər və ailələr gözləyirdi. Dəfələrlə öhdəliklərə baxmayaraq, faktiki hakimiyyət orqanlarının altıncı sinifdən yuxarı qızlar üçün məktəbləri yenidən açmaması Əfqanıstan üçün böyük məyusluq və dərin ziyandır. Təhsildən imtina təkcə qadınların və qızların bu sahədəki bərabər hüquqlarını pozmur, həm də Əfqanıstan qadın və qızlarının böyük töhfələri baxımından ölkənin gələcəyini təhlükə altına qoyur.
Mən “Taliban” hakimiyyətini faktiki olaraq heç bir gecikmə olmadan məktəbləri bütün tələbələr üçün açmağa çağırıram”, - Quttereş “Taliban”a çağırışında qeyd edib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


