"Azərbaycan və Ermənistanın müşahidəçi statusu alması öyrənilir"- Baş katib
AzVision.az xəbər verir ki, bunu TASS-a müsahibəsində təşkilatın baş katibi Çjan Minq deyib.
Onun sözlərinə görə, iki ölkə arasındakı münasibətlər, təbii ki, nəzərə alınmalı olan mühüm amildir: "Eyni zamanda, ŞƏT-ə üzv dövlətlər təşkilata ikitərəfli ziddiyyətlər gətirməməkdə yekdildir. Bu, həm də ŞƏT ailəsinə qoşulmaq iddiasında olan hər bir ölkənin yerinə yetirməli olduğu öhdəlikdir".
Xatırladaq ki, 2001-ci ilin iyununda Şanxayda Qazaxıstan, Qırğızıstan, Çin, Rusiya, Tacikistan və Özbəkistan tərəfindən ŞƏT-in yaradılması haqqında bəyannamə imzalanıb. 2017-ci ildə Hindistan və Pakistan ŞƏT-in tamhüquqlu üzvü olub. Ermənistan və Azərbaycan dialoq üzrə tərəfdaş statusuna malikdir.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


