"Bəzi ölkələrin birtərəfli tədbirləri iqtisadiyyata zərbə vurur" - ŞƏT

   "Bəzi ölkələrin birtərəfli tədbirləri iqtisadiyyata zərbə vurur" -    ŞƏT
  24 Mart 2022    Oxunub:1122
Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ölkələri qlobal iqtisadiyyata zərər vuran birtərəfli və proteksionist tədbirlərə qarşıdır.

AzVision.az xəbər verir ki, bu barədə TASS-a qurumun baş katibi Çjan Minq bildirib.
“Qlobal iqtisadiyyatın üzləşdiyi ciddi çətinliklərdən və çağırışlardan danışarkən, qlobal iqtisadiyyata pandemiyadan başqa dağıdıcı təsir göstərən amili qeyd etməyə bilmərəm. Son illərdə bəzi ölkələr sanksiyaların tətbiqi, tarif və ticarət müharibələri, stiqmatizasiya və digərlərinin daxil olduğu bir sıra birtərəfli, proteksionist tədbirlər görüblər. Onlar qlobal istehsal, təchizat zəncirlərinə, kapital axınına və investisiya fəaliyyətlərinə, enerji bazarına böyük ziyan vurublar”.

Çjan Minq deyib ki, bu, dünya iqtisadiyyatına ağır zərbə vurmaq, getdikcə artan dairədə sosial-iqtisadi vəziyyətinə daha çox ağrılı təsir göstərməklə yanaşı, bu hərəkətlərin təşəbbüskarlarına bumeranq kimi zərbə vurur. Onun sözlərinə görə, bu cür siyasi aksiya “Şanxay ruhuna” ziddir, “ŞƏT ailəsi” buna qarşı çıxır və qətiyyətlə rədd edir.

AzVision.az


Teqlər:



Xəbər lenti