Stoltenberq: "NATO Ukraynaya qoşun yeritməyəcək"

      Stoltenberq:    "NATO Ukraynaya qoşun yeritməyəcək"
  24 Mart 2022    Oxunub:731
NATO Ukraynaya qoşun yeritməyəcək, çünki bu, Rusiya ilə genişmiqyaslı münaqişəyə gətirib çıxaracaq. < a href=https://azvision.az> AzVision.az xəbər verir ki, bunu cümə axşamı NATO-nun baş katibi Yens Stoltenberq alyansın sammitindən sonra keçirilən mətbuat konfransında deyib
"Eyni zamanda Ukraynadakı bu münaqişənin NATO və Rusiya arasında müharibəyə çevrilməməsini təmin etmək öhdəliyimiz var. Ona görə də mən açıq şəkildə bildirdim ki, biz Ukraynada qoşunlarımızı yerləşdirməyəcəyik. Çünki bunu etmək, o zaman Rusiya ilə tammiqyaslı münaqişədə iştirak etməyə hazır olmaq deməkdir”, - deyə Baş katib Polşanın Ukraynaya sülhməramlı missiya göndərmək təklifi ilə bağlı sualı cavablandırarkən deyib.

Qeyd edək ki, Polşa hökumətinin başçısı Mateuş Moravetski Ukraynanın NATO sülhməramlıları da daxil olmaqla, “istədiyi hər kəsi” öz ərazisinə dəvət etmək hüququna malik olduğunu bildirmişdi. Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə bunjn alyansın qüvvələri ilə Rusiya Federasiyası Silahlı Qüvvələri arasında birbaşa toqquşmaya səbəb olacağını qeyd etmişdi.

AzVision.az


Teqlər:



Xəbər lenti