BMT Baş Assambleyası Ukrayna ilə bağlı qətnamə qəbul edib

BMT Baş Assambleyası Ukrayna ilə bağlı qətnamə qəbul edib
  24 Mart 2022    Oxunub:1251
BMT Baş Assambleyası Ukraynadakı humanitar vəziyyətlə bağlı Rusiya əleyhinə qətnamə qəbul edib
AzVision.az xəbər verir ki, qətnamənin müəllifləri ABŞ, Ukrayna, Böyük Britaniya, Gürcüstan, Almaniya, Litva, Latviya da daxil olmaqla bir sıra ölkələrdir.

Sənəd Meksika və Fransanın BMT Təhlükəsizlik Şurasında öz qətnaməsinin qəbuluna nail ola bilməməsindən sonra hazırlanıb. Qətnamənin lehinə 140 dövlət səs verib, 38 dövlət bitərəf qalıb, Belarus, Eritreya, Şimali Koreya, Rusiya və Suriya əleyhinə çıxıb. Bitərəf qalanlar arasında Ermənistan, Əlcəzair, Çin, Mərkəzi Afrika Respublikası, Kuba, Efiopiya, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Mali, Nikaraqua, Pakistan, Cənubi Afrika Respublikası, Sudan, Tacikistan və bir sıra digər ölkələr var.

AzVision.az


Teqlər:



Xəbər lenti