Makedoniyada prezident seçkisi keçirilir

Makedoniyada prezident seçkisi keçirilir
  14 Aprel 2014    Oxunub:1228
Ölkədə daha çox fəxri vəzifə hesab edilən prezidentlik uğrunda yarışda dörd namizəd iştirak edir
Makedoniyalılar bu gün prezident seçkisində səs verir.

Ölkədə daha çox fəxri vəzifə hesab edilən prezidentlik uğrunda yarışda dörd namizəd iştirak edir. Hazırkı prezident, iqtidarda olan mühafizəkar VMRO-DPMNE partiyasının namizədi Corce İvanovun əsas rəqiblərindən biri müxalif Sosial-Demokrat partiyasının namizədi Stevo Pendarovskidir.

AzVision.az xarici mətbuata istinadən verdiyi xəbərə görə, prezidentliyə namizədlərdən heç biri səslərin 50 faizini toplaya bilməsə, ən çox səs almış iki namizəd aprelin 27-də seçkinin ikinci turunda yenidən rəqabət aparacaq.

Aprelin 27-i Makedoniyada eyni zamanda parlament seçkiləri keçiriləcək.

Bu, 1991-ci ildə Yuqoslaviyanın süqutundan sonra Makedoniyanın müstəqilliyini əldə etməsindən sonra ölkədə keçirilən beşinci prezident seçkisidir.


Teqlər:





Xəbər lenti