Zelenski daha 4 şəhərə “qəhrəman şəhər” fəxri adını verdi

   Zelenski daha 4 şəhərə  “qəhrəman şəhər” fəxri adını verdi
  25 Mart 2022    Oxunub:1003
Ukraynanın daha 4 yaşayış məntəqəsinə “qəhrəman şəhər” fəxri adı verilib.
AzVision.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski fərman imzalayıb.

Fərmana əsasən, “qəhrəman şəhər” fəxri adı Kiyev vilayətinin Buça, İrpen şəhərləri, həmçinin Nikolayev vilayətinin eyniadlı şəhəri və Sum vilayətinin Axtırka şəhərlərinə verilib.

Qeyd edək ki, daha öncə V.Zelenski Xarkov, Çerniqov, Mariupol, Qostomel, Volnovaxa və Xersona da “qəhrəman şəhər” fəxri adını verib.

AzVision.az


Teqlər: Ukrayna  



Xəbər lenti