Vladimir Jirinovski dünyasını dəyişib ?

 Vladimir Jirinovski dünyasını dəyişib ?
  25 Mart 2022    Oxunub:2351
Rusiya Səhiyyə Nazirliyi Vladimir Jirinovskinin ölüm xəbərini təkzib edib. Bildirilib ki, siyasətçinin vəziyyəti kritik olaraq qiymətləndirilir.
Daha əvvəl Jirinovskinin ölümü ilə bağlı məlumat verən senator Pronyuşkin teleqramdakı paylaşımını silib.
***
Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski Moskva klinikalarından birində dünyasını dəyişib. AzVision.az xəbər verir ki, bu barədə senator Aleksandr Pronyuşkin bildirib.


Onun bu gün səhər yerli vaxtla 10:45-də vəfat etdiyi və son günlərini komada keçiridiyi qeyd edilib.

Siyasətçinin 75 yaşı var idi.

Qeyd edək ki, Jirinovski fevralın 2-də COVID-19 diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.

Şahanə Rəhimli

AzVision.az


Teqlər:



Xəbər lenti