"Xalqımı soyuqda qoya bilmərəm" - Ərdoğandan Rusiya ilə bağlı açıqlama

   "Xalqımı soyuqda qoya bilmərəm" -    Ərdoğandan Rusiya ilə bağlı açıqlama
  25 Mart 2022    Oxunub:1094
"Bu gün təbii qazın təxminən yarısını Rusiyadan alırıq. Bundan başqa, Akkuyu Atom Elektrik Stansiyasını Rusiya ilə birgə tikirik. Biz bunları kənara qoya bilmərik".
AzVision.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Brüssel səfərindən qayıdarkən jurnalistlərə açıqlamasında deyib.

"Bu məsələdə həssaslığımızı qoruyub saxlamalıyıq. Əvvəla, qışda xalqımı soyuqda qoya bilmərəm.

"İkincisi, mən sənayemizi tamamilə sıfırlaya bilmərəm. Biz onları qorumalıyıq. Biz dövlətik, 85 milyon əhalimiz var. Biz üzərimizə düşən bütün vəzifələri yerinə yetiririk. Hazırda bölgəyə ukraynalılar üçün təxminən 56 humanitar yardım maşını göndərmişik. Bu yardımlar davam etməkdədir", - deyə R.T. Ərdoğan vurğulayıb.

AzVision.az


Teqlər: Ərdoğan  



Xəbər lenti