Rusiya Ukraynadakı itkilərini açıqladı

   Rusiya Ukraynadakı itkilərini açıqladı
  25 Mart 2022    Oxunub:936
Ukraynada xüsusi hərbi əməliyyat zamanı 1,3 mindən çox Rusiya hərbçisi həlak olub.
AzVision.az xəbər verir ki, bu barədə cümə günü jurnalistlərə Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargah rəisinin birinci müavini, general-polkovnik Sergey Rudskoy bildirib.

"Təəssüf ki, xüsusi hərbi əməliyyat zamanı yoldaşlarımız arasında itkilər olur. Bu günə kimi 1351 hərbçi həlak olub, 3825-i yaralanıb", - S.Rudskoy deyib.

Onun sözlərinə görə, həlak olanların ailələrinin təminatını dövlət öz üzərinə götürəcək.

AzVision.az


Teqlər:



Xəbər lenti