Moldova taxıl və unun ixracına qadağa qoyub

   Moldova taxıl və    unun ixracına qadağa qoyub
  26 Mart 2022    Oxunub:1127
“Moldova ərzaq çatışmazlığı səbəbindən aclıq təhlükəsi ilə üz-üzə deyil, lakin ərzaq məhsullarının qiyməti əhəmiyyətli dərəcədə arta bilər”. AzVision.az xəbər verir ki, bunu Moldovanın Prezidenti Maya Sandu bəyan edib. Onun sözlərinə görə, hakimiyyət qiymətlərin qalxmaması üçün artıq taxıl və unun ixracına qadağa qoyub.
Eyni zamanda, Sandu hesab edir ki, ərzaq təhlükəsizliyi problemi həm də kənd təsərrüfatını inkişaf etdirməli olan ölkə üçün bir fürsətdir, çünki beynəlxalq bazarlarda tələbat artacaq: “Kənd təsərrüfatı mövsümünə başlamaq çox vacibdir ki, məhsul əldə edək, əgər ehtiyacımız olanı yetişdirməsək, məhsulların yüksək qiymətləri ilə riskə düşə bilərik”.


AzVision.az


Teqlər: Moldova   Taxıl   Un  



Xəbər lenti