Mariupolda kütləvi məzarlıqların sayı artıb

   Mariupolda    kütləvi məzarlıqların sayı artıb
  26 Mart 2022    Oxunub:930
Birləşmiş Millətlər Təşkilatı mühasirədə olan Ukraynanın Mariupol şəhərində kütləvi məzarlıqların olduğunu təsdiqləyən daha çox məlumat alır. Bu barədə AzVision.az “CNN”ə istinadən xəbər verir. Qeyd olunub ki, BMT-nin Ukraynadakı İnsan Haqlarına Nəzarət Ofisinin rəhbəri Matilda Boqner belə məzarlardan biri haqqında peyk məlumatı əldə edə bilib.
Onun sözlərinə görə, sonuncu aşkar edilən kütləvi məzarlıqda 200-ə yaxın insan basdırılıb.

AzVision.az


Teqlər: Ukrayna   CNN  



Xəbər lenti