Avropa İttifaqı-Çin sammiti keçiriləcək

   Avropa İttifaqı-Çin sammiti keçiriləcək
  26 Mart 2022    Oxunub:1533
Avropa İttifaqının (Aİ) dövlət və hökumət başçıları aprelin 1-də keçiriləcək Aİ-Çin sammitinin keçirilməsinə hazırlaşırlar.
AzVision.az xəbər verir ki, bu barədə Avropa liderlərinin martın 24-25-də Brüsseldə keçirilən görüşünün yekunları üzrə Avropa Şurasının dərc etdiyi sənəddə deyilir. “Avropa Şurası 2022-ci il aprelin 1-də keçiriləcək Aİ-Çin sammitini hazırlayıb”, - sənəddə bildirilib. Qeyd olunub ki, Brüsseldə keçirilən görüşdə yeni qlobal kontekstdə, xüsusən də Rusiyanın Ukraynada keçirdiyi hərbi əməliyyat fonunda Çinlə münasibətlərə dair fikir mübadiləsi aparılıb.

Bundan əvvəl bir sıra Qərb ölkələri, o cümlədən NATO üzvləri Ukraynadakı vəziyyət fonunda Çin Xalq Respublikasının Rusiyaya mümkün maddi dəstəyi ilə bağlı narahatlıqlarını bildiriblər.

AzVision.az


Teqlər:   Çin  



Xəbər lenti