Bir ayda Ukraynaya 63 milyard dollara yaxın zərər dəyib

   Bir ayda Ukraynaya 63 milyard dollara yaxın zərər dəyib
  26 Mart 2022    Oxunub:741
Rusiyanın həyata keçirdiyi hərbi əməliyyat nəticəsində Ukraynanın infrastrukturuna 62 milyard 889 milyon dollar həcmində zərər dəyib.
AzVision.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə hesabatı Kiyev İqtisadiyyat Məktəbinin analitika şöbəsi hazırlayıb. Bildirilir ki, fevralın 24-dən indiyədək Rusiya ordusu tərəfindən Ukraynada 8 mindən çox yol, 260 körpü, 4 min 431 yaşayış yeri, 92 fabrik və ya müəssisə, 378 təhsil müəssisəsi, 138 səhiyyə ocağı, 2 liman, 8 mülki və 10 hərbi hava limanı, içərisində atom elektrik satansiyası da olmaqla 8 elektrik stansiyasına zərər vurulub və yaxud dağıdılıb.


AzVision.az



Teqlər:





Xəbər lenti